Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerləşən bütün müəssisə və təşkilatlar Əməyin Təhlükəsizlik Standartları Sisteminə(ƏTSS) uyğun olaraq, müəssisədə Əməyin Mühafizəsi və Texniki Təhlükəsizliyi (ƏMTT) təşkil etməli və normativ-hüquqi aktları tətbiq etməlidir.

Müəssisənizin ƏMTT(Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) ilə əlaqədar mümkün ola biləcək riskləri və maliyyə sanksiyalarını azaltmaq və qarşısını almaq üçün, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq  Əməyin Təhlükəsizlik Standartları Sistemini (ƏTSS) müəssisənizdə yaradılmasını təklif edirik. Eyni zamanda İSO standartlarının yerli qanunvericilik və beynəxalq standartlara uyğun planının hazırlanması və tətbiqi. Təklif edilən xidmətlər aşağıdakılardı:

  • Təhlükəsizlik Jurnallarının hazırlanması
  • Peşə və spesifik Təlimatların hazırlanması
  • Prosedurlarların hazırlanması
  • İş palnının hazırlanması
  • Əsasnamə və SƏTƏM planının hazırlanması
  • ƏMTT auditi və konsultasiya;
  • İstismara verilmiş obyektin Yanğın təhlükəsizliyi planıın hazırlanması(təxliyyə planı);
  • Təhlükəsizlik isarələrinin və lövhələrinin hazırlanması;
  • Lyuksun, qazların, tozluluğun, titrəşimin ölçülməsi;
  • Müəssisələrdə yanğından mühafizə sisteminin qurulması;
  • Suyun və qidanın ətraf mühit və insan həyatı üçün təhlükəli maddələrə görə yoxlanması;
  • Elektrik aktı ;
  • Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması və utilizasiyası;
  • İş yerlərinin atestasiyası;
  • Ekoloji pasport;
  • Təhlükə potensiallı və digər isitsmar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası, digər texniki yoxlamalarının (maqnit tozu ilə müayinə, vizual inspeksiya və statik testlər,defektoskopiya,dağılan mexaniki sınaqlar) keçirilməsi, sınaq aktlarının hazırlanması və sənədləşdirilməsi ;
  • Təlimat və sənədlərin azərbaycan dili ilə yanaşı ingilis dilində də hazırlanması.