Hörmətli sifarişçi,

“SEBRA” MMC Azərbaycanda və xaricdə həyata keçirilən yerli və beynəlxalq layihələr üzrə memarlıq, əməyin mühafizəsi, keyfiyyətə nəzarət, elektrik və mexanika, mühasibatlıq, təchizat, audit və planlaşdırma xidmətləri göstərir. Bu xidmətləri təcrübəli mühəndis və mütəxəssislərdən ibarət komandamız həyata keçirir.

Əsas fəaliyyət istiqamətlərimizdən biri Azərbaycanın daşınmaz əmlak bazarını araşdırmaq və investisiya imkanlarını yerli və beynəlxalq investorlara təqdim etməkdir. İnvestorlara sərmayə məqsədlərinə uyğun, münasib qiymətə təklif olunan əmlakı tapmaqda, eləcə də alış-satış və icarə sənədlərini hazırlamaqda dəstək göstəririk.

Komandamız hər bir layihəni sifarişçinin tələblərini və bazar şəraitini nəzərə alaraq araşdırır, layihələndirmə işlərini aparır, smeta hazırlayır və xərcləri qiymətləndirir. Məqsədimiz sifarişçilərimizə layihələri üzrə əsaslandırılmış qərarlar verməyə kömək etmək və onlarla uzunmüddətli, etibarlı əməkdaşlıq qurmaqdır.

SEBRA MMC
SEBRA GROUP

Suallarınızı bizə göndərinXanaları doldurub, göndər düyməsinə basınTelefon nömrənizi qeyd etməyi unutmayın!

Buyurun, suallarınızı bizə göndərin

Xidmət Göstərdiyimiz Təşkilatlar