Azərbaycan Respublikasında yalnız bizdə – Beynəlxalq Əmək Təşkilatının(İLO) Beynəlxalq tədris mərkəzinin (İTC) EOSH metodologiyası əsasında aşağıda göstərilən nəzəri təlimlərdə iştiraka sizi dəvət edirik. Təlimlər, Beynəlxalq Əmək təşkilatı tədris mərkəzi (İLO-İTC) tərəfindən “Təlimatçılar hazırlayan Təlimçi” akreditasiyası olan peşəkar təlimçilər tərəfindən keçirilir.

Eyni zamanda Rəhbər və mühəndis texniki heyətə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəssisələrdə Əməyin təhlükəsizlik standartları sisteminin tam qurulmasına və tətbiq olunmasına dair əlavə tədris paketidə təklif edirik.

? Bu təlimatda kimlərin iştirak etməyi tövsiyyə olunur:

  • Direktor,
  • Struktur bölmə rəhbərləri,
  • HR əməkdaşları,
  • ƏMTT (SƏTƏM) mühəndis və mütəxəssisləri,
  • İş icraçıları, məsul iş rəhbərləri,
  • Keyfiyyətə nəzarət mühəndisləri; inşaat,sənaye və kənd təsərrüfatı üzrə mühəndislər,
  • Sex, sahə, nəqliyyat, ofis rəhbərləri.

? Bu təlimatda iştirakla nə əldə edəcəksiniz:

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, elektrik təhlükəsiliyi bədbəxt hadisələr, qanunvericilik və.s., yönündə mümkün ola biləcək maaliyyə sanksiyalarından şirkəti qorumaq,
  • Şirkətin əməkdaşlarını və əmlakını risk və təhlükələrdən qorumaq,
  • Rəhbərin əməkdaşlarından, ƏMTT üzrə nəyi və necə tələb edəcəyini,
  • Əməyin mühafizəsi tələblərini aidiyyatı əməkdaşların bilməsini,
  • Əməyin mühafizəsi və uyğun qanunvericiliyə əsasən İşəgötürən və işçinin məsuliyyətləri və hüquqlarını,
  • İş yerlərində Əməyin Mühafizəsinin və sənədləşməni düzgün təşkili.

? Üstünlüklər:

  • Əməyin mühafizəsinin təşkilinə dair digər yerli və beynəlxalq nəzəri təlimlərdən fərqli olaraq, bu təlimdə iştirakdan sonra yerli və beynəlxalq qanunvericilik və standartlara əsaslanaraq müəssisələrdə Əməyin mühafizəsinin təşkili və tətbiqinə dair suallara son qoyulacaq.

? Məqsəd:

  • Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlarda AR-nın qanunvericilik tələblərinə uyğun olaraq vahid Əməyin Təhlükəsizliyi Standartları Sitemini tətbiq etmək.